Modern.az

Ziya Məmmədov prezidentin göstərişini icra etdi - FOTOLAR

Ziya Məmmədov prezidentin göstərişini icra etdi - FOTOLAR

İqtisadiyyat

6 Noyabr 2015, 13:24

Prezident İlham Əliyevin göstəriş və tövsiyələrinə müvafiq olaraq nəqliyyat naziri Ziya Məmmədov noyabrın 6-da Ağdaşda qəbul keçirib.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Şəfa Mehmanqının Modern.az saytına verdiyi məlumata görə nazir Ziya Məmmədov Ağdaş, Göyçay və Ucar rayonlarından olan vətəndaşları qəbul edərək onların müraciətlərini, şikayət və təkliflərini dinləyib.

O qeyd edib ki, vətəndaşların müraciətləri əsasən avtomobil yollarının təmiri və yenidən qurulması, yeni avtobus marşrutlarının açılması, Ağdaş və Göyçay şəhərlərində müasir tipli avtovağzalın tikintisinə köməklik göstərilməsi, M-2, Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası dövlət sərhədi avtomobil yolunun 279-cu km-də Ağdaş rayonunun Yenicə kəndi ərazisindən keçən hissəsində mal-qara keçidinin qurulması, M-2, Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası dövlət sərhədi avtomobil yolunun 282-ci km-də körpünün tikilməsi və digər məsələlərlə bağlı olub:

“Daha sonra Ağdaş rayonunda Aşağı Zeynəddin kəndində məskunlaşmış məcburi köçkünlər adından həmin kəndin avtomobil yolunun təmiri üçün müraciət olunub. Ziya Məmmədov məsələnin həlli ilə əlaqədar nazirliyin struktur rəhbərlərinə göstərişlər verib və bu gündən etibarən Aşağı Zeynəddin kəndində avtomobil yolunun təmiri işlərinə başlanılıb.

Vətəndaşlar yol-nəqliyyat sistemində görülmüş işlərlə bağlı minnətdarlıqlarını ifadə ediblər”.

Ş.Mehmanqızı deyib ki, qəbul zamanı 50-dən çox vətəndaşın müraciətinə yerində baxılıb.







Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama