Modern.az

Bakı-Böyük Kəsik yolunda nə baş verir? - FOTOLAR

Bakı-Böyük Kəsik yolunda nə baş verir? - FOTOLAR

İqtisadiyyat

6 Noyabr 2015, 13:51

Azərbaycan Dəmir Yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsinə start verilib. Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunacaq.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Modern.az saytına verdiyi məlumata görə, əsaslı təmir işlərini yeni yaradılmış 5 saylı “İxtisaslaşmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir: “Müəssisənin rəisi Rizvan Rzayevin verdiyi məlumata görə, təmir işlərinə Biləcəri stansiyasında başlanılıb və artıq 1,5 km uzunluğunda baş yolun əsaslı təmiri başa çatmaq üzrədir”.

2015-ci il aprel ayının 14-də “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb.  







Gülşən RAUFQIZI
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama