Xətai (üçüncü) seçki dairəsi 35 saylı Dairə Seçki Komissiyası (DSK) bu gün Ümid Partiyasının sədri, bu dairədən deputatlığa namizəd İqbal Ağazadənin səslərin yenidən sayılmasına dair müraciətinə rədd cavabı verib. Modern.az Virtualaz.org saytına istinadən xəbər verir ki, İqbal Ağazadə MSK-ya həmin müraciət edərək 35 saylı DSK-dakı 17, 18 və 26 saylı seçki məntəqələrindəki səsvermənin nəticələrinin ləğv olunmasını xahiş etmişdi.
Ekspert qrupunun araşdırmaları zamanı məlum olub ki, müraciət MSK-ya ünvanlanarkən qanunvericiliyin hazırda qüvvədə olan tələbləri pozulub. Buna görə də MSK müraciəti baxılması üçün DSK-ya qaytarıb.
Xatırladaq ki, səslərin sayılmasının ilkin nəticələrinə görə, noyabrın 1-də keçirilmiş parlament seçkilərində Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə əvvəllər bu dairədən bir neçə dəfə deputat olmuş İ.Ağazadəni qabaqlayıb.
Modern.az