Modern.az

Tanınmış hüquqşünasdan icra başçısına ittiham

Tanınmış hüquqşünasdan icra başçısına ittiham

Təhsil

8 Noyabr 2015, 22:39

 

Tanınmış hüquqşünas Aslan İsmayılov özünün "Feysbuk" səhifəsində Binəqədi rayonunun icra başçısı Xaləddin İskəndərovu ittiham edib. Modern.az saytı xəbər verir ki, vəkil son vaxtlar mətbuatın hər gün icra başçıları tərəfindən hansısa tikilinin sökülməsindən yazdığını qeyd edib:

“Həmin tikilinin başa gəlməsinə pul xərclənməsini, zəhmət çəkilməsini isə heç kim hesaba almır. Hər yeni gələn başçı köhnənin sərəncamını tanımadığını deyir və öz şərtlərini irəli sürür, sanki ölkədə qanun yoxdur. Hamı da bilir ki, söhbət tikilinin qanuni və ya qanunsuz olmasından getmir. Söhbət sözün əsl mənasında reketçilik yolu ilə pul qopartmaqdan gedir. Son günlər Binəqədinin icra başçısı dörd mərtəbəli binanın qanunsuz tikildiyini bütün ölkəyə elan etdi. Bunun yalan olduğunu hamı bilir, çünki icra hakimiyyətinin razılığı olmadan daşı daş üstünə qoymağın mümkünsüz olduğu bəllidir. Dəfələrlə yazmışam, bir daha təkrar edirəm. Bu cür biabırçılığın qarşısını almağın yeganə yolu sökülən tikiliyə çəkilmiş xərcin günahkar orqanlar, yəni icra strukturları əməkdaşları tərəfindən zərərçəkənə ödənilməlidir. Bu gün baş verənlər isə dərəbəylikdir. Hələ ki, insanlar özlərinə sui qəsd edir. Allah sonrasından qorusun”.

Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi