Modern.az

Tərəflər Dağlıq Qarabağ münaqişəsinin həlli üzərində işləməlidirlər

 Tərəflər Dağlıq Qarabağ münaqişəsinin həlli üzərində işləməlidirlər

9 Noyabr 2015, 20:20

 

Rusiya ATƏT-in Minsk Qrupunun həmsədri kimi, müsbət nəticə əldə olunması istiqamətində fəal rol oynamağı davam etdirəcək. Modern.az saytı xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün İrəvanda jurnalistlərə açıqlamasında bildirib. S.Lavrov Dağlıq Qarabağ münaqişəsi tərəflərinin nizamlanmanın qarşılıqlı faydalı konsensus əsaslarının hazırlanması üzrə səyləri davam etdirməsinin vacibliyinə əmin olduğunu bildirib.

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik isə bildirib ki, diplomatiyada Qarabağ münaqişəsinin həllinin alternativi yoxdur: “Həmsədrlər və tərəflərin iştirakı ilə danışıqların aparılmaması münaqişənin hərbi yolla həlli təhlükəsini artırır. ATƏT-in monitorinq qrupu və həmsədrlərin təmas xəttində olarkən baş verən hadisə qəbuledilməzdir. Atəşin hansı tərəfdən açıldığını müəyyən etmək mümkün deyil. Amma bu, danışıqlar prosesini pozmaq üçün qəsdən edilib. ATƏT müşahidəçiləri təmas xəttində təhlükəsizliyi və stabilliyi təmin edərək mühüm funksiyanı yerinə yetirirlər. Heç bir şey onların təhlükəsizliyini təhdid etməməlidir".

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi