Modern.az

Yol polisində yeni təyinat

  Yol polisində yeni təyinat

9 Noyabr 2015, 21:23

 

Bakıda yol polisi sistemində rəhbər vəzifələrə yeni təyinatlar olub. Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsinin rəis müavini vəzifəsinə həmin idarədə şöbə rəisi işləyən polis polkovnik- leytenantı Fərhad Eyyubov təyin edilib.

Trend-in əldə etdiyi məlumata görə, həmin idarədə Yol Patrul Xidmət Alayında Eskort və Müşayiət tağımda komandir vəzifəsində işləmiş polis məmuru Gəmşid Hənifəyev isə Səbail rayonu Polis İdarəsinin Dövlət Yol Polis şöbəsinə rəis vəzifəsinə gətirilib.

Bu vəzifəyə isə, yənı Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsinin Yol Patrul Xidməti Alayının Eskort və Müşayiət tağımına komandir isə polis polkovnik- leytenant Elşad Məmmədov təyin edilib.

Xatırladaq ki, Elşad Məmmədov bu vəzifədən əvvəl Yasamal Rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin rəisi vəzifəsində çalışırdı.

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi