Modern.az

Badamdar şossesi zülmətə qərq olub

 Badamdar şossesi zülmətə qərq olub

10 Noyabr 2015, 01:37

 

Badamdar şossesi artıq 3 gündür ki, gecə saatlarında qaranlığa qərq olur. Modern.az saytı xəbər verir ki, bu barədə Musavat.com saytı məlumat yayıb. Buna səbəb isə yoldakı elektrik dirəklərində işıqların söndürülməsidir. Belə ki, “Qurd qapısı” adlanan ərazidən Parlament prospektinə qədər bütün yolda işıqlar söndürülüb. Sürət həddinin yüksək olduğu yolda bu vəziyyət qəza şəraitinin yaranmasına səbəb olur. Magistral yolda yeganə işıqlandırma avtomobillərin işıqlarıdır. Qaranlıq yolda salınan saysız avtomobil işıqları da sürücülərin narahatlığına səbəb olur və görməyə əngəl yaradır. Bu da qəzaların baş verməsinə şərait yaradır.

Şəhərin mərkəzindəki magistal yolda işıqların hansı səbəbdən söndürülməsi məlum deyil. Sürücülərin sözlərinə görə, bu durum artıq 3 gündür ki, davam edir.

Modern.az

   
Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi