Modern.az

Rusiya Xəzər dənizinin bioresurslarının qorunmasına dair sazişi ratifikasiya edib

 Rusiya Xəzər dənizinin bioresurslarının qorunmasına dair sazişi ratifikasiya edib

10 Noyabr 2015, 22:49

 

Rusiya Dövlət Duması Xəzər dənizinin bioresurslarının qorunmasına dair sazişin  ratifikasiyası haqqında qanun qəbul edib. Modern.az saytı  APA-ya istinadən xəbər verir ki,  2014-cü ilin sentyabrında Rusiyanın Həştərxan şəhərində Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın nümayəndələri Xəzər dənizinin bioloji ehtiyatlarını qorunması və səmərəli istifadə olunması haqqında saziş imzalayıblar. 

Qeyd edək ki, hazırda Xəzəryanı dövlətlərin bu sahədə əməkdaşlığı adı çəkilən dövlətlərin səlahiyyətli nümayəndələrinin 1992-ci ilin 23 dekabr tarixli iclasında qəbul olunan protokol  əsasında həyata keçirilir. O zaman yaradılmış Xəzər dənizinin bioresurslarına dair hökumətlərarası komissiya hazırda Xəzər dənizinin bioloji ehtiyatlarının idarə olunması üzrə yeganə fəaliyyət göstərən mexanizm hesab edilir. 

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi