Rusiya Baş Prokurorluğu Sankt-Peterbuqrun Petropavlovsk kilsəsində dəfn olunan sonuncu Rusiya imperatoru II Nikolayın və onun ailə üzvlərinin qalıqlarının həqiqətən imperator ailəsinə məxsus olduğunu 2 aylıq ekspertizalardan sonra təsdiqləyib.
Modern.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin mətbuat katibi Vladimir Markin məlumat verib: “Laborator ekspertiza Yekaterinburqda tapılan insan sümüklərinin imperatora və onun ailə üzvlərinə məxsus olduğunu təsdiqləyib”.
Markin II Nikolayın sümüklərində tapılan DNT-də çox nadir mitoxondrial hissəciklərin olduğunu və bu hissəciklər hesabına imperatorun şəxsiyyətinin təsdiqləndiyini bildirib.
Bundan qabaq, II Nikolayın həyat yoldaşı Martiya Fyodorovnanın, övladları Aleksey, Tatyana, Anastasiya, Mariya və atası imperator IIIAleksadrın da qalıqları genetik ekspertizaya verilmişdi.
Sonuncu Rusiya imperatoru II Nikolay və onun ailə üzvləri 1918-ci il iyulun 16-dan 17-nə keçən gecə bolşeviklər tərəfindən Yekaterinburdakı İpatyevlər malikanəsində güllələnmişdilər. Onların qalıqları yalnız 1991-ci ildə aşkar edilmişdi.
Vüqar İsmayılov