Modern.az

Milli Şura heç bir dəyişiklik etməyəcək – AÇIQLAMA

Milli Şura heç bir dəyişiklik etməyəcək – AÇIQLAMA

11 Noyabr 2015, 12:04


“Milli Şuranın formatında heç bir dəyişiklik olmayacaq”. Bunu Modern.az saytına açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini, Milli Şura üzvü Fuad Qəhrəmanlı deyib.

O bildirib ki, Milli Şuranın Koordinasiya Şurasında hər ay ölkədəki vəziyyət müzakirə olunur.  

“Ölkədəki ictimai-siyasi vəziyyət qurumda müzakirə olunur.Milli Şura öz fəaliyyətini əvvəlki qaydada davam etdirir. Təbii ki, hakimiyyət tərəfindən qoyulmuş məhdudiyyətlər bir sıra siyasi təşkilatların fəaliyyətinə əngəllər yaradır.

Ancaq buna baxmayaraq, Milli Şura olaraq fəaliyyətimizi uğurla davam etdiririk”.  

Vüsalə Qəzənfərqızı

 
Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi