Musa Qasımlı İzmirdə beynəlxalq elmi simpoziumda sədrlik edəcək.
AMEA Dünya Siyasəti İnstitutundan Modern.az-a verilən məlumata görə, İnstitutun direktoru, görkəmli Azərbaycan tarixçisi, professor Musa Qasımlı 12-15 noyabr tarixlərində Türk Tarix Qurumunun İzmir şəhərində 10-dan çox ölkədən 100-ə yaxın alimin iştirakı ilə keçirəcəyi beynəlxalq elmi simpoziumda “Birinci dünya müharibəsi illərində Qafqaz cəbhəsində baş verən hadisələr (Rusiya arxiv materialları əsasında)” mövzusunda məruzə və bölmə iclaslarından birinə sədrlik edəcək.Daha sonra M.Qasımlı 16-19 noyabr tarixlərində Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Türkiyədəki tərəfdaşları ilə birlikdə keçirəcəyi “Azərbaycan-Türkiyə həftəsi” çərçivəsində Ankara, Əskişəhər və Bolu şəhərlərindəki universitetlərdə təşkil olunacaq konfranslarda Azərbaycan-Türkiyə münasibətlərinə dair məruzələr oxuyacaq, iştirakçıların suallarını cavablandıracaq.
Modern.az