Modern.az

Rusiya Ermənistanla vahid müdafiə sistemi yaradır

Rusiya Ermənistanla vahid müdafiə sistemi yaradır

11 Noyabr 2015, 12:58


Rusiya prezidenti Vladimir Putin Ermənistanla Qafqaz regionunda vahid Hava Hücumundan Müdafiə Sisteminin yaradılması barədə göstəriş verib.

Modern.az saytı Rusiya KİV-nə istinadən xəbər verir ki, Putin Müdafiə Nazirliyinə razılaşmanın hazırlanmasını tapşırıb.

“Rusiya Federasiyası hökumətinin Rusiya və Ermənistan arasında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Qafqaz regionunda Birləşmiş Regional Hava Hücumundan Müdafiə Sisteminin yaradılması təklifi qəbul olunsun”, - sənəddə qeyd edilir.

Rusiya Müdafiə Nazirliyi Ermənistanla müqaviləni imzalamaq üçün Yerevana səfər edəcək.

Rusiya ilə Ermənistanın yaradacağı Hava Hücumundan Müdafiə Sistemi işğal altındakı Dağlıq Qarabağ ərazisini əhatə etməyəcək.

Vüqar İsmayılov   

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi