Modern.az

QHT-lər və siyasi partiyalar

QHT-lər və siyasi partiyalar

11 Noyabr 2015, 13:04

QHT-lərin və siyasi partiyaların fəlsəfəsində,fəaliyyətlərində xeyli sayda oxşar və fərqli cəhətlər mövcuddur.  Partiya adlandırılan siyasi birləşmələr hələ qədim zamanlardan məlum olsalar da, müasir dövrdə onların yeri və rolu bilavasitə demokratiyanını inkişafı və təmsili hakimiyyət  orqanlarının möhkəmlənməsi ilə bağlıdır. Dünyada müxtəlif siyasi ideoloji yönümlü və təşkilat quruluşuna malik minlərlə partiya fəaliyyət göstərir. İlk öncə qeyd edək ki, inkişaf etmiş demoratik dövlətlərdə həm QHT-lər, həm də siyasi partiyalar vətəndaş cəmiyyətinin bir strukturu olaraq  dövlət hakimiyyəti ilə yanaşı cəmiyyətin idarə olunmasında fəal iştirak edirlər.  Partiya dövlət hakimiyyətini əldə etmək və yaxud orada iştirakı kimi ümumi maraq və hədəfləri olan çox sayda insanı birləşdirən siyasi təşkilatlarıdır. Məhz hakimiyyətə hədəflənməsi partiyaları QHT-dən fərqləndirir.

QHT-lər və  siyasi partiyaların yaranması və fəaliyyəti proseduru müvafiq qanunlar tərəfindən tənzimlənir. Azərbaycan qanunvericiliyinə əsasən yeni qurulan partiyalar sıralarında ən azı 1000 üzvü birləşdirməli, ölkə konstitusiyasına zidd olmayan nizamnamə qəbul etməli və demokratik inkişaf yolunu seçməlidirlər. QHT-lərlə bağlı qanunvericilikdə isə QHT yaradılarkən üzvlərin sayı məhdudiyyəti yoxdur. Bütün dövlətlərdə siyasi partiya və QHT-lərin fəaliyyətində hüquqi cəhətdən bir sərhəd müəyyən edilib. QHT-lər siyasətlə məşğul ola və seçkilərdə iştirak edə bilməzlər. QHT-lərin siyasi proseslərdə iştirakı partiyalardan fərqili olaraq maarifləndirmə fəaliyyəti ilə məhdudlaşır. Azərbaycan QHT-lərinin nizanamələrində belə bir bir bənd var:”Birlik Azərbaycan Respublikasının Prezidentinin, Azərbaycan Respublikasının Milli Məclisinin və bələdiyyəsinin seçkisində iştirak edə bilməz” Eyni zamanda QHT-lər siyasi partiyaları dəstəkləyə, maliyyə ayıra və təbliğatı ilə məşğul ola bilməz. Bunula yanaşı beynəlxalq və yerli donorlar tərəfindən QHT-lər ayrılan qrantların da istifadə məqsədləri zamanı siyasi partiyaların dəstəklənməsi qadağan olunur. Qrant müqavilələrində belə bir bənd olur:”Qrant siyasi partiya və dini qrumların fəaliyyətinin dəstəklənməsinə sərf oluna bilməz”

Siyasi partiyalar hakimiyyətə münasibətdə iqtidar və müxalifət,  siyasi səhnədəki yerinə görə: sağ, mərkəzçi və sol, elan olunmuş ideoloji yönümünə görə: kommunist, sosial-demokrat, liberal-demokrat, mühafizəkar, etatist (dövlətçi), milliyətçi, faşist, dini fundamentalist, siyasi davranışının xarakterinə görə: mülayimlər və radikallar və s.xüsusiyyətlərə mailk  olurlar. Fəlsəfi nöqteyi-nəzərdən QHT-lərdə isə belə yanaşma yoxdur.

Partiyaların və QHT-ləri oxşar sayda mövcud olan funksiyaları arasında ən vacibləri aşağıdakılardır:

1. Sosial funksiyalar. Bunlar cəmiyyətin və dövlətin müxtəlif qruplarının maraqlarının inteqrasiyası ilə əlaqədardır.  Partiya və QHT-lər özündə sosial institutların optimal fəaliyyətini ifadə edir. İctimai-siyasi və iqtisadi plüralizmin olduğu ölkələrdə həm partiyalar, həm də QHT-lər dövlətin sosial siyasətində çatışmazlıqların tamamlayıcısı kimi çıxış edirlər. Belə hallarda dövlət orqanları partiya və QHT-lərlə əməkdaşlığa can atır, bəzi dövlətlərdə isə bu məqsədlə xüsusi dövlət orqanları yaradılır.

2. İctimai funksiyalar. Partiya və  QHT-lər cəmiyyətdə, siyasi sistemdə alternativ strukturlar yaradır. Beləliklə, onlar cəmiyyətdə əhəmiyyətli məsələlər barədə müzakirələrin artmasına, insanların öz bacarıqlarından daha səmərəli istifadə etməsinə, təşəbbüskarlığın artmasına, bütövlükdə demokratiya və plüralizmin inkişafına səbəb olan platforma rolunu oynayırlar.

Partiyalarda və QHT-lərdə üzvlük könüllüdür, hər ikisinin maliyyə bazaları üzvlük haqlarının toplanması, vətəndaşların könüllü ianəsi və qanun tərəfindən icazə verilən digər vasitələrlə formalaşır. Həm QHT-lər, həm də siyasi partiyalar üzvlüyə görə “beyin mərkəzi”və kütləvi ola bilərlər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu