Modern.az

Təhsil Nazirliyi tələbələri sevindirən xəbəri ŞƏRH ETDİ

Təhsil Nazirliyi tələbələri sevindirən xəbəri ŞƏRH ETDİ

11 Noyabr 2015, 13:21

Təhsil Nazirliyində Prezident İlham Əliyevin 11 noyabr 2015-cil il tarixli “Doktorantura, ali təhsil, orta ixtisas və ilk peşə təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilənlər təqaüdlərin artırılması haqqında” sərəncamının şərhi üçün birifinq keçirilib.

Modern.az saytı xəbər verir ki, brifinqdə Təhsil Nazirliyinin Elm və ali təhsil şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov deyib ki, təqaüdlər əvvəl yalnız dövlət sifarişli ixtisaslarda oxuyan tələbələrə verilirdisə, bundan sonra həm də ödənişli təhsilalanlar da təqaüddən bəhrələnə biləcəklər.
“Bu da təbii ki, onların semestr və imtahan müdətləri ərzindəki akademik göstəricilərinə əsasən təyin olunacaq “.

Nazirliyin Elm və ali təhsil şöbəsinin müdir müavini Natiq İbrahimov isə qeyd edib ki, 1-ci semestrdə yalnız ödənişsiz təhsil alan tələbələr tələqaüd alacaqlar. Ödənişli təhsil alanlar isə 1-ci semestrdən sonrakı akademik göstəriciləri əsasında təqaqüdü ala biləcəklər.

Çıxış edənlər həmçinin imzalanan sərəncamın müasir təhsilə verəcəyi faydadan danışaraq, bunun tələbələr arasında sağlam elmi rəqabət mühitinin yaradılmasında effektli olacağını vurğulayıblar.

Təhsil Nazirliynin rəsmiləri həmçinin özəl təhsil müəssisələrində təhsil alan dövlət sifarişli ixtisasların tələbələrinin də bu prinsip əsasında təqaüd ala biləcəklərini qeyd ediblər. Yəni özəl universitetlərdə dövlət sifarişi ilə ödənişsiz təhsil alan tələbələr 1-ci semestrdə minimum təqaüd aldıqdan sonra, artıq növbəti semestrdən akademik göstəriciləri yüksək olanlar artan səviyyədə təqaüd ala biləcəklər.

Ağa Akifoğlu

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi