Modern.az

Türkiyəni suçlayan yunan baş nazir Ankaraya gedir

Türkiyəni suçlayan yunan baş nazir Ankaraya gedir

11 Noyabr 2015, 14:38


Yunanıstan baş naziri Alexis Tsipras baş nazir Əhməd Davudoğlunun dəvəti ilə noyabrın 18-də Ankaraya işgüzar səfərə gələcək.  

Modern.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, ziyarət zamanı keçiriləcək görüşlərdə ikitərəfli əlaqələrlə yanaşı regional və beynəlxalq mövzular da müzakirə ediləcək.

Qeyd edək ki, bundan əvəl Tsipras Türkiyəni miqrant  məsələsində ittiham etmişdi. O demişdi ki, Türkiyə miqrantların Avropaya axınına göz yumur və buna qarşı efektiv mübarizə aparmır.  

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi