Vergilər Nazirliyi 10 ay ərzində dövlət büdcəsinə daxil olan vəsaitin məbləğini açıqlayıb.
Nazirliyin Analitik-informasiya şöbəsindən Modern.az saytına verilən məlumatda bildirilib ki, proqnoz tapşırığına 100,1 faiz əməl edilib:
“2015-ci ilin yanvar-oktyabr ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 5 milyard 970 milyon 247,0 min manat vəsait daxil olub.
Hesabat dövründə vergi orqanlarında 65 367 vergi ödəyicisi qeydiyyata alınıb”.
Gülşən RAUFQIZI