Havalar xeyli müddətdir soyuyub. Müvafiq qurumlar növbəti qış mövsümünə hazırlığın yüksək səviyyədə qurulduğunu, zəruri tədbirlərin həyata keçirildiyini bildirsələr də, ayrı-ayrı regionlarda müxtəlif narazılıqlar, o cümlədən mavi yanacaq problemi qalmaqda davam edir.
Bu yerlərdən biri də Göygöl rayonunun Toğana kəndidir. Bura qaz xətləri çəkilsə də, əhali mavi yanacaqla təmin olunmayıb.
“Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev Modern.az saytına bildirib ki, qazlaşdırma dövlət proqramına uyğun həyata keçirilir:
“Həmin yaşayış məntəqəsi dövlət proqramında nəzərdə tutulubsa, qazlaşdırılacaq”.
Gülşən RAUFQIZI