Bu gün Azərbaycan Yazıçılar Birliyi Katibliyinin növbəti toplantısı keçirilib.
Modern.az birliyin saytına istinadən xəbər verir ki, toplantıda gənc yazar Kəramət Qəşəm oğlu Nəcəfovun (Böyükçöl) məsələsinə baxılıb.
Məlumatda qeyd edilir ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, o, öz yazılarında və müsahibələrində ədəbiyyatın klassiklərinə qarşı təhqiredici münasibətini, çağdaş yazıçılara atmacalarını, öz yaşıdı yazarlara qarşı aşağılayıcı fikirlərini davam etdirdiyinə görə AYB Nizamnaməsinin 6-cı maddəsinin 7-ci bəndinə uyğun olaraq Azərbaycan Yazıçılar Birliyi üzvlüyündən kənarlaşdırılıb.
Digər yazıçı Kənan Hacının isə AYB-yə yenidən üzvlüyü məsələsinə baxılıb. Ərizəsinə əsasən onun bir müddət əvvəl istefa verdiyi AYB-yə üzvlüyü təmin edilib.
Elmin NURİ