
Çinin “Alibaba” onlayn-satış şirkəti ölkədə hər il noyabrın 11-i qeyd olunan “subaylar günü” bayramında 10 saat ərzində 8 milyard dollar pul qazanıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, belə günlərdə məhsullar öz dəyərindən xeyli ucuz qiymətə satılır. Son 12 saat ərzində isə satışlar daha da artaraq 9 milyard dollara çatıb. Şirkətin icraçı direktoru Deniel Çjan bu hadisəni elektron kommersiya tarxinin ən yüksək göstəricisi adlandırıb.
“Subaylar günü”nünü 11 noyabra düşməsi təsadüfi deyil. Belə ki, çinlilərin inancına görə, 11 rəqəmi tənha qadın və kişiləri simvolizə edir. “Alibaba Express” internet ticarətinə yönələn nəhəng holdinqdir və təkcə Çində 668 milyon potensial alıcıya malikdir.
Vüqar İsmayılov