Azərbaycanın 89 yaşlı qocaman xalq şairi Söhrab Tahirdən xəbər var. Şairin oğlu Tahir Tahirinin Modern.az saytına verdiyi açıqlamasında atasının səhhətinin orta kafi olduğunu bildirib. Onun sözlərinə görə, xalq şairinin səhhəti əvvəlki kimidir:
“Hazırda atamın səhhətini orta-kafi kimi qiymətləndirmək olar. Əgər səhhəti pisləşmirsə, bu onun sağalacağına ümid verir”.
Söhrab Tahir şəkərli diabetdən əziyyət çəkir. İl yarım bundan əvvəl diabetin yüksəlməsi səbəbindən iki ayaq barmağı amputasiya olunub.
Elmin NURİ