Bu gün Azərbaycan Yazıçılar Birliyində katibliyin iclası keçirilib. İclasda bir sıra qərarlarla yanaşı, “Ədəbiyyatın dostları” klubunun yaradılması da təsqilənib. Katiblikdən Modern.az-a verilən məlumata görə, AYB İdarə Heyətinin və Gənclər Şurasının üzvü, Tərcümə seksiyasının rəhbəri, yazıçı-dramaturq Pərvin ədəbi klubun rəhbəri təyin edilib.
Qeyd edək ki, gənclərdə mütaliə mədəniyətinin formalaşması, onların kitaba və ədəbiyyata diqqətinin artırılmasını qarşısına prioreitet məqsəd qoyan “Ədəbiyyatın dostları” klubunun ilk görüşü artıq keçirilib. Xalq şairi, AYB-in birinci katibi Fikrət Qoca və qurumun gənclər üzrə katibi Rəşad Məcid klubun ilk qonaqları olublar.
Elmin NURİ