Modern.az

Ona söyən də baxır, sevən də baxır...

Ona söyən də baxır, sevən də baxır...

Media

12 Noyabr 2015, 08:57

Cəddindən böyük adam... 

Onun sözün başına açdığı oyundan danışmaq ""Nobel"i hansı sahənin adamları almır" - sualının cavabı kimi qısqanclıq zəminində epizodlar  yaradır. 

Gözü götürməyənlər onun zirvəsini qismətin, zamanın iplərinə bağlayır. Üzündəki yovuşmaz ifadə  sözləri biri-birinə qovuşduraraq mövzunun axarına salmağıyla unudulur. 

Bilmirəm, 10 il əvvələ qədər necə olub?!

Amma 10 ilə yaxındır bilirəm ki, onun yanına müraciətlə gələnlər, kömək umanlar, zəng edənlər, təhdid edənlər adının sonundakı hərf qədərdir. 

Əgər "yaxşı adamdır" deməyə xainliyiniz varsa, “Mirşahin pis adam deyil”, deyin, heç olmasa. 

Onun hirslənməyi də bir başqadır.

...Qəfil gəlib siqaret istəməyi də.

...Uşaqlara olan sevgisi də.

...Təəccüblənməyi də.

...Xoş söz deməyi də.

...Eyhamı da.

...Qıcıq yaratmağı da.

Xəbəri yoxdur... ona böyüklü-kiçikli eləcə Mirşahin xitabından savayı avtoritet ( şef başqadır) , seyid dayı, miri deyənlərdən... Cəddinə qurban olum, O heç düzəməlli maaşdan da kəsə bilmir.

Ona bəyənməyən də baxır, söyən də baxır, sevən də... və heç kim onun qələminə şəkk gətirmir. 

Bilirsiz, o  kimdir? 

Azərbaycan və Ermənistan prezidentlərinin Fransada görüşü zamanı  ermənilərin "1915 genosid" yazılı plakatlarla aksiyaya hazırlaşdıqlarını bilib, gecəylə Parisin ətrafında yaşayan azərbaycanlıları, türkləri, ərəbləri yığıb sabah görüşün keçiriləcəyi yerə öz cibindən pul verib gətirdən, Qarabağa və Xocalıya aid plakatlar yazdıran adamdır.

Deyəsən, siqaretə pulları qalmayıb. Operator "stirlyat" eləyib.

O təkcə Yardımlıdan deyil... qoruyaq onu. Özü demişkən, O "adam cinsi arasında cins adam"lardandır.

Doğum günün mübarək, bəy.

Xoş bəxtlik nisbidir deyirlər, xoş vaxtlığın bol olsun. 52 yaş nədir ki?! ...qələminin diyircəyi qurumayan adamçün.             

12.11.2015  Məmmədin oğlu.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi