Modern.az

Əli Abbasov nazir vəzifəsindən çıxarıldı - SƏRƏNCAM

Əli Abbasov nazir vəzifəsindən çıxarıldı - SƏRƏNCAM

Ölkə

12 Noyabr 2015, 15:41

Prezident İlham Əliyev Əli Abbasovun Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Modern.az saytı xəbər verir ki, Prezident Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıb ki, Əli Məmməd oğlu Abbasov Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilsin.

Qeyd edək ki, İnformatika sahəsində professor Əli Abbasov 2004-cü ildən Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri vəzifəsində işləyirdi.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi