Modern.az

Nazirin səlahiyyətləri İltimas Məmmədova həvalə edildi

Nazirin səlahiyyətləri İltimas Məmmədova həvalə edildi

İqtisadiyyat

13 Noyabr 2015, 11:05

“Rabitə və yüksək texnologiyalar nazirinin vəzifəsini İltimas Məmmədov icra edir”. Bu barədə Modern.az-a Nazirliyin mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, Əli Abbasov rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edildikdən sonra bu səlahiyyət sabiq nazirin birinci müavini İltimas Məmmədova həvalə edilib və o hazırda nazirin vəzifəsini icra edir.

Qeyd edək ki, dünən prezident İlham Əliyevin sərəncamı ilə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov vəzifəsindən azad edilib. Sabiq nazirin MTN hadisələri ilə bağlı işdən çıxarıldığı bildirilir. Eyni zamanda nazirliyin daha 10 əməkdaşının həbs edildiyi qeyd olunur.

Aytən ZƏHRA

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama