Təbii resurslar bir çox dövlətlərin büdcəsini formaslaşdırmağa, vətəndaşların maddi rifahını yüksəltməyə imkan verən önəmli stimul rolunu oynayır. Xüsusən neft-qaz ehtiyatları ilə zəngin olan dövlətlər bu xammalın satışından hər il külli miqdarda vəsait əldə edirlər. Lakin iqtisadiyyatın yalnız xammal ixracı üzrərində köklənməsi və neft-qaz sektorundan kənarda istehsal strukturunun formalaşmaması ağır nəticələr doğura bilər. Xüsusən iqtisadi böhran və enerji məhsullarına olan təklifin tələbi üstələməsi neft və qaz qiymətlərinin kəskin ucuzlaşması ilə nəticələnir. Məsələn, 2014-cü ilin 1-ci yarsı üçün neftin 1 bareli dünya birjalarında 107,3 dollara satılırdısa, 2015-ci ilin yanvarında bu rəqəm 58 dollara, hazırda isə 44 dollara qədər ucuzlaşıb. Təbii ki, əsas ixrac məhulu neft-qaz olan ölkələr bu konteksdə kəskin maliyyə çatışmazlığı və iqtisadi çətinliklərlə üzləşirlər. Belə dövlətlərin xammal satşından əldə etdikləri valyuta azalır, bu isə büdcənin doldurulması, Ümumi Daxili Məhsulun (ÜDM) artımı və əhalinin yaşayış səviyyəsinə mənfi təsir göstərir, inflyasiyanın ikirəqəmli olmasına, təzyiqlə üzləşən milli valyutaların devalvasiyasına səbəb olur.
Modern.az saytı büdcələri neft-qaz hasilatından və satşından formalaşan ölkələrin siyahısın təqdim edir.
İran İslam Respublikasının 2014-cü ildəki dövlət büdcəsi 60,46 milyard dollar təşkil edib. Azərbaycanın cənub qobuşusu dünyada təsdiqlənmiş qaz ehtiyatlarının 16%, neft ehtiyatlarının isə 11%-nə sahibdir. İranın dövlət büdcəsinə daxil olan vəsaitlərin 61%-ni neft və qaz satışından əldə olunan valyuta təşkil edib.
Rusiyanın 2014-cü il üzrə dövlət büdcəsi isə 428,6 milyard dollar olub. Büdcənin 52%-i, yaxud 229,5 milyard dolları neft-qaz satışından, ilk növbədə təbii sərvətlərin hasilatına görə qoyulan yüksək vergilər hesabına formalaşıb.
Fars körfəzində yerləşən kiçik Qətər Əmirliyinin ötənilki büdcəsi isə 59,8 milyard dollar təşkil edib. Əmirliyin büdcəsində neftin payı 70%-ə çatıb.
Yaxın və Orta Şərqin ən kiçik dövlətlərindən sayılan Küveyt Əmirliyi (sahəsi 17,8 min kvadrat kilometr) hər il 100 milyon tondan artıq neft və 4,5 milyard kub metr qaz hasil edir. Bunun sayəsində dövlətin ÜDM-nin 50%-ni, ixracın 92%-i neft-qaz məhsulları təşkil edir. 2014-cü ildə Küveyt Əmirliyinin rəsmi büdcəsi 125 milyard dollar təkşil edib ki, bu vəsaitin də 84%-ni enerji məhsulları təşkil edir.
Cənubi Amerikanın neftlə ən zəngin ölkəsi olan Venesuela da büdcəsini karbohidrogen satışından qazanır. Ölkənin ixrac gəlirlərinin 80%-i, ÜDM istehsalının 30%-ni və dövlət büdcsinin 51%-ni neftdən gələn vəsaitlər formalaşdırır. Yeri gəlmişəkn, Venesuelanın 2014-cü ildə təsdiq olunmuş büdcəsi 142,6 milyard dollar təşkil edib.
Ən böyük ərəb respublikası sayılan Səudiyyə Ərəbistanı Krallığının 2014-cü ildə büdcəsi 278,9 milyard dollar olub. Dünya neftinin 10%-ni hasil edən krallığın ixrac potensialının 90%-i, ÜDM-in isə 45%-i neftin payına düşür. Ötən il krallığın təsdiqləmiş büdcəsinin 75%-i neft gəlirləri hesabına formalaşıb.
Fars körzəfinin daha bir ərəb dövləti İraq da neftdən asılı ölkələr sırasındadır. 2014-cü ildə İraq parlamentinin təsdiqlədiyi dövlət büdcəsinin 101,4 milyard dollarlıq gəlirlərinin 74%-ni neft məhuslları təşkil edir.
Afrikanın ən iri neft hasilatçısı Nigeriya isə neft hasilatından asılılığına görə dünya ölkələri arasında rekord yerdədir. Ölkənin büdcəsi 29,5 milyard dollar təşkil edir. Neftin ölkə ixracatındakı payı 98%, dövlət büdcəsində isə 83%-dir.
Avropada yerləşən Norveç ən keyfiyyətli neft markası olan “Brent” neftinin vətəni sayılır. Avropanın neft və qaza olan tələbatının 17%-ni ödəyən dövlət ötən il 294,3 milyard dollar təşkil edən büdcə ilə idarə olunub. Norveçin büdcə gəlirlərinin 30%-i və ÜDM-in 19%-i Şimal və Barents dənizində hasil edilən neft-qaz hesabına təmin olunur.
Mərkəzi Asiyanın ən böyük iqtisadiyyatı sayılan Qazaxıstan isə ildən-ilə neftdən asılığını azaldır. 2014-cü ildə ölkənin 29,6 milyard dollarlıq büdcə gəlirlərinin 35%-ni yaxud 10,4 milyard dollarını neft-qaz gəlirləri təşkil edib.
Qazaxıstan cənub qonşusu Türkmənistan isə 2014-cü ildə 33,2 milyard dollar büdcəyə malikdir. 20 trilyon qaz və 2 milyard ton təsdiqlənmiş neft ehtiyatı olan türk dövləti enerji məhsullarından çox asılı vəziyyətdədir. Türkmənistanın dövlət büdcəsinin ixracatında neft və neft məhsullarının payı 84,5%, dövlət büdcəsinin gəlirlərindəki rolu isə 76,1%-ə bərabərdir.
Cənibi Qafqaz regionunun yeganə neft-qaz istehsalçısı olan Azərbaycan da bu enerji məhsullarından çox asılı vəziyyətdədir. 2014-cü ildə Azərbaycanın dövlət büdcəsi 18,384 milyard manat səviyyəsində təsdiqlənmişdi. Həmin Azərbaycanın xarici ixrac əməliyyatlarında neft və neft məhsullarının həcmi 85%-dən çox olub. Bu, ölkəyə 17.58 milyard dollar valyuta gətirməklə yanaşı, Dövlət Neft Fondundan edilən birbaşa transferlərlə birlikdə, büdcənin 74%-ni neft gəlirləri hesabına formalaşdırıb.
Vüqar İsmayılov