Modern.az

Akif Nağı Milli Qəhrəmanın II Fəxri Xiyabanda dəfn edilməsindən narazıdır

Akif Nağı Milli Qəhrəmanın II Fəxri Xiyabanda dəfn edilməsindən narazıdır

Qarabağ

8 Noyabr 2010, 15:06

Noyabrın 7-də Milli Qəhrəman Mübariz İbrahimov və baş leytenant Fərid Əhmədovun cənazəsi “Qurd qapısı”ndakı II Fəxri Xiyabanda torpağa tapşırıldı. Dəfn mərasimində 10 mindən artıq insan, o cümlədən dövlət və hökümət nümayəndələri, mülki şəxslər iştrak edib. Bu böyük bir izdiham idi. Maraqlıdır, bu izdaham dörd  aya yaxın düşmən əsirliyində qalan hərbçilərimizin cəsədlərini niyə toplum olaraq Ermənistandan tələb etmirdi?

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı Modern.az saytına bildirib ki, indi mülki qoşuna ehtiyac yoxdur: “Azərbaycanın kifayət qədər  güclü ordusu var. Bu gün Azərbaycan ordusunun gücü, imkanı, texnikası, silahı kifayət edir ki, biz torpağlarımızı işğaldan azad edək. Sadəcə olaraq, bu addımı atmaq lazımdır.

Dünənki o kütlə bir daha subut elədi ki, Azərbaycan gənclərində həqiqətən  vətənpərvərlik ruhu yüksəkdir. Bəzən gənclər barədə belə fikir səsləndirirlər ki, onlar torpağlarımızın, ölkəmizin taleyinə biganədilər. Mən səslənən bu fikirlərlə razı deyiləm. Gənclərimiz belə məsələlərə çox həssaslıqla yanaşır. Onlar üçün Mübariz İbrahimov, Fərid Əhmədov, digər şəhidlərimiz, Milli qəhrəmanlarımız örnəkdilər. Gənclərimiz öz hərəkətləri ilə onların qəhrəmanlığını təkrar etmək istəklərini ortaya qoydular”.

Akif  Nağı onu da  vurğulayıb ki, o, erməni əsirliyindən alınan şəhidlərimizin meyitlərinin Şəhidlər Xiyabanında dəfn olunması təklifini veribmiş: “Şəhidlərimizin II Fəxri Xiyabanda dəfn olunması mənim üçün aydın deyil. Düzdür, II Fəxri Xiyabanda da çoxlu müharibə qəhrəmanları dəfn olunub. Amma şəhidlərimiz Şəhidlər Xiyabanında dəfn olunsaydı, daha yaxşı olardı”.

 

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama