Modern.az

Səttar Mehbalıyev “Əmək İyirmi”liyinin iclasına qatıldı

Səttar Mehbalıyev “Əmək İyirmi”liyinin iclasına qatıldı

İqtisadiyyat

13 Noyabr 2015, 18:35



Noyabrın 15-16-da Türkiyənin Antalya şəhərində “Böyük İyirmi”liyin sammiti keçiriləcək. Sammit çərçivəsində “Əmək İyirmi”liyi (L20) adlanan tədbirin iştirakçılarının noyabrın 13-də Antalyada görüşü başlayıb. Beynəlxalq Həmkarlar İttifaqları Mərkəzlərinin nümayəndələrinin iştirak etdiyi tədbirdə “Böyük İyirmilik”lərin fəaliyyət planlarının və gələcək prioritetlərinin qiymətləndirilməsi, minimal əmək haqqı, təchizat zəncirində kooparativ gücün müəyyənləşdirilməsi, iqlim, ədalətlə keçid və sənaye transformasiyası, qeyri- bərabərlik və əmək haqqı bölgüsü, bütün dünyada keyfiyyətli iş yerləri, qlobal qaçqın böhranı, biznes və mülki cəmiyyət ilə dialoq və digər mövzularda müzakirələr keçirilib.

Modern.az xəbər verir ki, Türkiyə Həmkarlar İttifaqlarının, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının, Rusiya Həmkarlar İttifaqlarının və bir sıra digər həmkarlar ittifaqları mərkəzlərinin nümayəndələrinin qatıldığı iclasda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Səttar Mehbalıyev də iştirak edir. İclas öz işini sabah da davam etdirəcək. Görüşdən öncə noyabrın 12-də tədbir iştirakçıları Türkiyənin Antep şəhərində məskunlaşan Suriya qaçqınları ilə görüşüblər.    

Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama