Modern.az

Azərbaycanda deputatlığa keçmiş namizədin atası baş həkimlikdən çıxarıldı

Azərbaycanda deputatlığa keçmiş namizədin atası baş həkimlikdən çıxarıldı

İqtisadiyyat

13 Noyabr 2015, 20:02

Ağciyər Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunun baş həkimi Xəyyam Məmmədov noyabrın 13-də tutduğu vəzifədən azad olunub. Modern.az saytı xəbər verir ki, bu barədə Xəyyam Məmmədovun oğlu Paşa Məmmədov məlumat yayıb.

“Dünən atamın ad günü idi, bugün isə onu Ag Ciyər Xəstəlikləri İnstitutunda tutduğu baş həkim vəzifəsindən kənarlaşdırdılar”- P.Məmmədov özünün Facebook səhifəsində bildirib.

Qeyd edək ki, Paşa Məmmədov (İlisuyskiy) 1 noyabr seçkilərində 112 saylı Qax seçki dairəsindən deputatlığa namizəd olub.

P.Məmmədov atasının işdən çıxarılmağına təəssüflənənlərə bildirib:

Vəzifə gəldi gedərdi, biz belə halları daim rahat qəbul etmişik. Ata-oğul o qədər vəzifələr görmüşük ki, ən əsası odur ki, insaniyyətimizi itirməmişik və insanların inamini heç nəyə dəyişməmişik. Atam həkim kimi yenə də insanlara qulluq etməyini davam edəcək”.


Paşa Məmmədov (İlisuyskiy)

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama