Modern.az

G20 sammiti iştirakçılarının emosiyaları - FOTOLAR

 G20 sammiti iştirakçılarının emosiyaları  - FOTOLAR

Dünya

15 Noyabr 2015, 21:17

 

Bu gün Türkiyədə G20 sammiti başlayıb. Modern.az xarici mediaya istinadən bildirir ki, Antalyada keçirilən tədbirə gələn ölkə liderləri dünya siyasətinin ən vacib məsələlərini müzakirə edirlər. Bu dəfə Parisdəki son hadisələrin işığında “Böyük iyirimilər”in başlıca müzakirə mövzusu terror problemi və İraq-Şam İslam Dövlətinə (İŞİD) qarşı mübarizə olacaq. Dünya liderləri kifayət qədər emosiyalı görüşüblər. Almaniya kansleri Angela Merkel siyasətçi həmkarları ilə görüşlərində mehribanlıqla gülümsəyib. ABŞ prezidenti Barak Obama yanağından öpərək onu daha da şənləndirib.

Rusiyanın lideri Vladimir Putin keçən ilkindən fərqli olaraq (O, təkcə səhər yeməyi yeyib və gözlənilmədən Avstraliyadakı sammiti tərk etmişdi) bu dəfə özünü qeyri-adi şən və  mehriban aparıb. O, bunu Braziliyanın prezidenti Dilma Ruseflə görüşəndə xüsusi hiss etdirib.


Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi