Modern.az

Paytaxtda qadın dələduzluğa məruz qalıb

 Paytaxtda qadın dələduzluğa məruz qalıb

Təhsil

15 Noyabr 2015, 22:12

 

Bakı sakini külli miqdarda vəsaitinin mənimsənilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.  Modern.az saytı lent.az-a istinadən xəbər verir ki, dələduzluğa məruz qalan Tünzalə Əliyeva adlı qadındır.

O, bildirib ki, Nəsimi rayonu Quliyev küçəsində tikilən çoxmərtəbəli binada mənzil almaq məqsədi ilə həmin ərazidə tikinti aparan şirkətin rəhbərlərindən olan İlkin adlı şəxsə 239 min 840 dollar pul verib. Həmin şəxs bu pulun qarşılığında T.Əliyevaya 3 ədəd ikiotaqlı mənzil təqdim etməli olsa da, vədinəəməl etməyib və vəsaiti mənimsəyib.

T.Əliyeva məsələnin qanun çərçivəsində həll edilməsini xahiş edib. Müraciət əsasında araşdırma aparılır.

 

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi