Modern.az

Horadizdə Gənclər prospektinin tikintisi davam edir

Horadizdə Gənclər prospektinin tikintisi davam edir

İqtisadiyyat

16 Noyabr 2015, 11:29

Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində cəbhə bölgəsində yerləşən Füzulidə yeni qəsəbələrin salınması, Horadizə şəhər statusunun verilməsi, müasir sosial-infrastruktur layihələrinin reallaşdırılması rayona yeni həyat bəxş edib.
Respublikanın ən gənc şəhəri olan Horadizdə tikinti-quruculuq abadlıq işləri davam etdirilir. Hazırda Horadiz şəhərində yeni salınmış “Gənclər prospekti”nin genişləndirilməsi istiqamətində iş aparılır. Prospekt boyunca Türkiyə və İtaliyadan gətirilmiş həmişəyaşıl ağac və gül kolları əkilir, yeraltı işıq sistemi çəkilir, divar və piyada səkilərinə müasir üslubda daş üzlüklər vurulur, işıqforlar quraşdırılır. “Gənclər prospekti” boyunca tikilən rayon Statistika İdarəsinin, SHXÇDX-nin rayon şöbəsinin inzibati binaları da yaxın günlərdə istifadəyə veriləcək.

“Respublkikanın ən gənc şəhəri olan Horadiz sakinləri gündən-günə gözəlləşən şəhərlərini Füzulidən kənarda yaşayan həmyerlilərinə bu sözlərlə çatdırırlar. Yüz dəfə eşitməkdənsə bir dəfə görmək yaxşıdır! Həqiqətən də Füzuli rayonunda, xüsusilə Horadiz şəhərində görülən işlər ürəkaçandır”-deyə Füzuli rayon İcra Hakimiyyətindən Modern.az-a bildirilib.

Son dörd ildə Horadiz şəhərində işğal dövrü yandırılmış və dağıdılmış 6 küçədə abadlıq-quruculuq işləri görülüb, həmin küçələr yenidən qurulub. Ümumi  uzunluğu 15 kilometrə qədər olan həmin küçələr yenidən salınıb, yeraltı işıq sistemi çəkilib, divar və piyada səkilərinə müasir üslubda daş üzlüklər çəkilib, işıqforlar quraşdırılıb, yollar boyunca 5 mindən artıq həmişəyaşıl ağaclar əkilib. Zövqlə, ustalıqla görülmüş işlər göz oxşayır. Küçələrin təmizliyi, səliqə-səhman işləri həmişə diqqət mərkəzində saxlanılır.

Şəhər sakinləri Horadizin daha da gözəlləşdirilməsinə, şəhərdə abadlıq-quruculuq işlərinin davam etdirilməsinə görə ölkə başçısı İlham Əliyevə minnətdardırlar. 






Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama