Modern.az

Azərbaycan-İran biznes forumu keçirildi

Azərbaycan-İran biznes forumu keçirildi

İqtisadiyyat

16 Noyabr 2015, 19:32

Bu gün İranın iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində biznes-forum keçirilir.
Modern.az saytı xəbər verir ki, Azərbaycan-İran biznes forumunda hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, neft-qaz kimya sənayesi, kənd təsərrüfatı, qida sənayesi, tikinti, mühəndislik və digər sahələrdə fəaliyyət göstərən 200-dən çox iş adamı iştirak edib.

Tədbirdə çıxış edən İranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib ki, Bakı ilə Tehran arasında güclü əlaqələr mövcuddur. Səfir bildirib ki, İran Azərbaycanla əlaqələrinin inkişafında maraqlıdır. Onun sözlərinə görə, Azərbaycan-İran biznes forumu iki ölkə arasında iqtisadi əlaqələrin dərinləşməsinə, iş adamları arasında yeni əməkdaşlıq istiqamətlərinin inkişafına müsbət töhfə verəcək.

Səfir deyib ki,  Qərb 2016-cı ilin yanvar ayının 11-də İrana qarşı sanksiyaları aradan qaldırdıqdan sonra rəsmi Tehran qonşu ölkələrlə, o cümlədən Azərbaycanla iqtisadi-siyasi əlaqələrini daha da dərinləşdirəcək.

Qeyd edək ki, biznes-forum İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun, İranın “Pars Pegah Tejarat” şirkətinin birgə təşkilatçılığı ilə keçirilib.

Aqşin Kərimov 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama