Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov bəyan edib ki, Şarm-əl-Şeyxdən Sankt-Peterburqa uçan Airbus A321 sərnişin təyyarəsinin qəzaya uğramasının səbəbi terror aktıdır. Modern.az saytı Rusiya mediasına istinadən bildirir ki, o, Təhlükəsizlik Şurasının iclasında belə deyib: “ Demək olar ki, bu terror aktıdır”.
Aleksandr Bortnikovun sözlərinə görə, təyyarədə gücü 1,5 kiloqram olan əldəqayırma partlayıcı qurğu işə düşüb: “Nəticədə təyyarənin havada parçalanması baş verib”.
FTX-nın rəhbəri deyib ki, ekspertlər təyyarənin qalıqları arasında partlayıcı qurğu hissələri aşkarlayıblar.
Airbus A321 oktyabrın 31-də Sinay yarımadasının şimal hissəsində qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 217 sərnişin, 7 ekipaj üzvü olub. Ən balacası 10 aylıq olmaqla 20 uşaq və göyərtədəki digər insanların hamısı qəza nəticəsində həlak olublar.
Modern.az