Modern.az

Putindən sərt MESAJ: “Hamısını məhv edəcəyik”

Putindən sərt MESAJ: “Hamısını məhv edəcəyik”

17 Noyabr 2015, 13:23

Rusiya rəsmi olaraq “Koqalımavia” şirkətinə məxsus Airbus321 təyyarəsinin qəzaya uğrama səbəbinin terror aktını olduğunu təsdiqləyib.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, hadisəyə reaksiya verən prezident Vladimir Putin terror aktının təşkilatçılarını tapacaqlarını deyib.

“İnsanlarımızın Sinay yarımadası üzərində qırılması ən böyük cinayətlərdən biridir. Və biz ruhumuzdan, qəlbizimdən göz yaşlarını silən deyilik.

Bu hadisə həmişə bizimlə olacaq. Lakin bu bizə cinayətkarları tapmaqda mane olan deyil. Biz terrorun təşkilatçılarını adbaad tanımalıyıq. Onlar harda gizlənsələr də, axtarışı davam etdirməliyik. Planetin istənilən nöqtəsində onları tapıb, məhv edəcəyik”.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov təyyarənin göyərtəsində 1 kiloqram trotil gücündə bombanın partladıldığını bildirmişdi.    

Vüqar İsmayılov      

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi