ABŞ iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində noyabrın 19-da Bakıda Azərbaycan-ABŞ işgüzar görüşü keçiriləcək.
Modern.az xəbər verir ki, görüş İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) birgə təşkilatçılığı ilə həyata keçirilir.
Tədbirə tikinti, energetika, informasiya-kommunikasiya texnologiyaları, kimya, qida sənayesi, təhsil, mühəndislik, yanğınsöndürmə texnologiyaları, tibbi avadanlığın istehsalı, əczaçılıq, aviasiya, nəqliyyat, inşaat üçün maşın və texnologiyalar, kosmetik və yuyucu məhsulların istehsalı və digər sahələrdə fəaliyyət göstərən 15 ABŞ şirkətinin qatılacağı gözlənilir.
Modern.az