Bu gün Azərbaycan Yazıçılar Birliyi Qəbul Komissiyasının növbəti iclası keçirilib. Komissiyanın sədri və AYB-nin birinci katibi xalq şairi Fikrət Qocanın Modern.az saytına verdiyi məlumat görə qurultaydan sonra birliyə ilk dəfə olaraq yeni üzvlər qəbul edilib.
Qeyd edək ki, 2014-cü ilin yayında keçirilən XII Qurultay zamanı yaranan Qəbul Komissiyası birliyə üzvlüyün şərtlərinə əsaslı dəyişiklik edib. Bu gün keçirilən iclasda qəbul olunan üzvlər qurultaydan sonra qəbul olunan ilk cərgədir.
Xalq şairi konkret say barəsində bir söz deməsə də, qəbul olunanların hamısının məlumatlandırılacağını bildirib.
AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rzanın sözlərinə görə isə komissiyanın qərarını katiblik təsdiq edəndən sonra üzvlərin sayını və kimliklərini dəqiq demək mümkün olacaq.
Elmin NURİ