Rusiyanın Aralıq dənizində yerləşən sualtı qayıqları “İslam dövləti”nin (İŞİD) paytaxtı Rakka şəhərini qanadlı raketlərlə vurub. Modern.az xəbər verir ki. bu barədə Fransanın “La Monde” qəzeti yazıb.
Məlumata görə raketlərin 17-si Türkiyə ərazisindən keçərək Rakkadakı hədəfləri vurub.
Ötən ay da Rusiya Xəzər dənizində yerləşən donanmasının köməyi ilə İŞİD-ə raket zərbələri endirmişdi.
Həmin vaxt rus raketləri İran və İraq ərazisindən keçmişdi.
Vladimir Putinin başçılığı ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında Suriyaya hava zərblərinin daha intensiv şəkildə endirilməsi barədə qərar çıxarılmışdı.
Bu hadisə Sinay yarımadası üzərində qəzaya uğrayan Rusiya təyyarəsinin İŞİD tərəfindən partladıldığı məlum olduqdan sonra baş vermişdi.
Vüqar İsmayılov