Modern.az

Rusiya təyyarəsinin qəza səbəbi çözülür

 Rusiya təyyarəsinin qəza səbəbi çözülür

17 Noyabr 2015, 20:53

 

Sinay yarımadası üzərində Rusiyaya aid A321 təyyarəsinin qəzaya uğramasına Şarm-əl-Şeyx aeroportunun əməkdaşı tərəfindən yükdaşıyan fəhlələrin birinə verilən naməlum çamadan səbəb olub. Modern.az saytı xarici mətbuata istinadən xəbər verir ki, Misirin güc strukturlarının məlumatına əsasən, baqajı skanerdən keçirən aparat bir neçə dəqiqə nəzarətsiz qalıb. Video kameralarda baqaj xəttinə nəzarət edən operatorun fəhləyə naməlum çamadan verdiyi qeydə alınıb.

Şarm-əl-Şeyx aeroportundakı mənbələr təhlükəsizlik xidmətinin Rusiya təyyarəsinə baqaj yüklənən zaman skaneri nəzarətsiz qoyan iki nəfəri axtarışa verdiyini bildirib.

Onların sözlərinə görə, hava limanı əməkdaşlarının hamısı dindirilsə də, hələlik heç kim həbs olunmayıb.  

Modern.az  

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi