Almaniya ilə Hollandiya arasında bu axşam Almaniyanın Hannover şəhərində oynanılması nəzərdə tutulan hazırlıq matçı təhlükəsizlik səbəbindən ləğv edilib. Modern.az xarici mediaya istinadən bildirir ki, oyun öncəsi şübhəli bir paket səbəbindən yollar bağlanıb. Ancaq paketdə partlayıcı maddə olmadığı aşkarlanıb.
Polisdən bildiriblər ki, stadionun içində şübhəli bir çanta olduğundan boşaldılıb. Bundan əlavə, insanların stadionun ətrafında da böyük qruplar halında yığışmaması barədə xəbərdarlıqlar edilib.
Modern.az