Modern.az

İŞİD liderinin arvadı təhlükəsizlik qüvvələri ilə əməkdaşlığa hazırdır

İŞİD liderinin arvadı təhlükəsizlik qüvvələri ilə əməkdaşlığa hazırdır

17 Noyabr 2015, 23:16


Təxminən bir ildir Livanda nəzarət altında olan terror təşkilatı İraq-Şam İslam Dövlətinin (İŞİD) lideri Əbu Bəkr əl-Bağdadinin keçmiş həyat yoldaşı danışmağa hazır olduğunu və təhlükəsizlik gücləri ilə əməkdaşlıq etmək istədiyini deyib. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, Saça Həmid əl Duleymi təhlükəsizlik gücləri ilə əməkdaşlıq edərək İŞİD hücumlarının hədəfində Livanın təhlükəsizlik problemlərinə yardımçı olmaq istədiyini bildirib.

Duleyminin təxminən bir il əvvəl qaçırılan və İŞİD ilə “Əl Nusra” tərəfindən əsir götürülən 25 Livan əsgəri ilə mübadilə ediləcəyi qeyd olunur. Terror təşkilatına üzvlükdə günahlandıran Duleyminin Livan Hərbi Məhkəmədəki işinə çərşənbə günü başlanacaq.  

 

Modern.az

   
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi