Göyərtəsində “Coca-Cola” şirkətinin iki menecerinin və Nikaraqua prezident administrasiyasının keçmiş rəhbəri Antonio Lakayonun da olduğu helikopter havaya qalxdıqdan bir neçə dəqiqə sonra San-Xuan çayı yaxınlığında yerə düşüb. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, “Bell 206” tipli helikopterdə pilotla birlikdə cəmisi dörd nəfər olub.
İndiyədək onlardan yalnız birinin meyiti aşkarlanıb. Qalanları itkin düşmüş sayılırlar. Qəza zamanı kiminsə sağ qalması ehtimalı yoxdur.
Modern.az