Modern.az

Parisdə polis terorçularla atışdı: ölənlər və yaralananlar var

Parisdə polis terorçularla atışdı: ölənlər və yaralananlar var

18 Noyabr 2015, 10:19


Fransa polisi ötən gecə Paris yaxınlığında yerləşən Sen-Deni şəhərində 13 noybar hücumları ilə əlaqəsi olan 3 terorçunu məhv edib, bir neçə nəfəri isə mühasirəyə alıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, terorçuarla atışma zamanı bir neçə fransız polis də xəsarət alıb.

Təhlükəsizlik qüvvələri 3 nəfəri həbs edib.

Məlumata görə əməliyyatın əsas məqsədi Parisdə törədilən terror aktlarının əsas təşkilatçısı olan 27 yaşlı suriyalı Əbdülhəmid Abaudun həbs olunmasıdır.    

Vüqar İsmayılov  

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi