Modern.az

Azərbaycan jurnalistləri üçün təhlükəsizlik təlimləri keçirilib

Azərbaycan  jurnalistləri üçün təhlükəsizlik təlimləri keçirilib

10 Noyabr 2010, 14:57

““Etik Jurnalistika Təşəbbüsləri-Azərbaycan”  layihəsi çərçivəsində keçirilən təlimlərdə Azərbaycanın aparıcı 28  kütləvi informasiya  vasitəsi redaksiyasından bütövlükdə 30 jurnalist iştirak edib.

Təlimləri Beynəlxalq Jurnalistlər Federasiyasından  olan  beynəlxalq ekspertlər keçiriblər və onlar Azərbayan jurnalistlərinə peşə fəaliyyətlərini yerinə yetirərkən təhlükəsizliklərini təmin etmək məqsədilə müasir beynəlxalq təcrübə barədə məlumat veriblər. Məşğələlərdə müxtəlif praktiki tapşırıqlar yerinə yetirilib. Noyabrın 1-dən başlayan  təlimlər 6 gün davam edib. 

“Seminarların keçirilməsində əsas məqsəd jurnalistləri beynəlxalq sahədə mövcud olan təhlükəsizlik modulları  ilə tanış etmək və bu sahədə onların biliklərini  artırmaqdır. Bu,  Azərbaycan jurnalistləri üçün xüsusi əhəmiyyət kəsb edir. Belə ki, jurnalistikada siyasiləşmə amilinin yüksək olması  həmçinin, Azərbaycanın müharibə şəraitində olması araşdırma ilə məşğul olan jurnalistlər üçün spesifik problemlər yaradır. İndiki təlimlərin keçirilməsi Azərbaycan jurnalistlərinə imkan verir ki, onlar konfliktli məsələlər barədə araşdırma apararkən, yaxud münaqişəli məntəqələrdən reportajlar hazırlayarkən, öz təhlükəsizliklərini təmin edə bilsinlər”- bu sözləri Jurnalsitlərin həmkarlar ittifaqının sədri,  layihənin  koordinatoru Müşfiq Ələsgərli deyib. 
Qeyd edək ki, Etik Jurnalistika Təşəbbüsləri - Azərbaycan layihəsi Avropa Komissiyasının  Azərbaycan nümayəndəliyinin  maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin müəllifi Beynəlxalq Jurnalistlər Federasiyası və Jurnalistlərin Həmkarlar İttifaqıdır.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama