Modern.az

Rektor 7 yeni dekan təyin etdi

Rektor 7 yeni dekan təyin etdi

18 Noyabr 2015, 14:52


Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) vakant dekan vəzifələri üçün müsabiqə başa çatıb. Universitetin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə,  rektor Mustafa Babanlının əmri ilə universitetin 7 əməkdaşı  5 illik əmək müqaviləsi ilə müvafiq fakültələrə rəhbərlik edəcəklər.

Məlumatda qeyd edilir ki, dosent Nəriman  Nərimanov  Geoloji-kəşfiyyat fakültəsinə,  professor Qafar  İsmayılov  Qaz-neft mədən fakültəsinə, dosent Fəttah Həşimov Kimya-texnologiya fakültəsinə, dosent  Əli Əhmədоv  Neft-mexanika fakültəsinə, dosent Zakir Həsənov Energetika fakültəsinə,  dosent Səməd Yusifov İstehsalat proseslərinin avtomatlaşdırılması fakültəsinə, dosent İlham Rüstəmov İqtisadiyyat, beynəlxalq iqtisadi münasibət və menecment  fakültəsinə  dekan vəzifələrinə təyin ediliblər.  

Elmin NURİ

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi