Modern.az

Kremlin bir hissəsi söküləcək

Kremlin bir hissəsi söküləcək

18 Noyabr 2015, 15:03



Rusiya hakimiyyəti Kremlin Prezident Administrasiyası yerləşən 14-cü korpusunun demontaj olunması barədə qərar verib. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, administrasiyanın işçiləri köhnə meydan adlanan ərazidəki binaya köçürüləcək, sökülən binanın yerində isə Çudov və Voznesenski monastırları bərpa olunacaq.

  Rusiya prezidentinin işlər üzrə idarəsi qərar verilən zaman Mədəniyyət Nazirliyi, Elmlər Akademiyasının Arxeologiya İnstitutu və YUNESKO-nun Rusiya komissiya ilə məsləhətləşdirklərini bildiriblər.  

Kremlin 14-cü korpusu 1930-cu illərdə sökülən Çudov və Voznesenski monastırlarının yerində tikilib.    

Vüqar İsmayılov
 
Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi