Bu dəqiqələrdə Türkiyənin baş naziri Əhməd Davutoğlu ilə Yunanıstanın baş naziri Aleksis Çiprasın görüşü keçirilir. Modern.az Türkiyə mediasına istinadən bildirir ki, Çipras işgüzar səfəri çərçivəsində yerli vaxtla saat 12:15-də Çankaya köşkünə gəlib. Onu burada baş nazir Davutoğlu qarşılayıb.
Burada bir müddət söhbət etdikdən sonra Davutoğlu yunanıstanlı həmkarını Çankaya köşkünün eyvanına çıxararaq Çiprasa Ankara ilə əlaqədar məlumat verib.
Ardından mətbuata bağlı görüş başlayıb.
Modern.az