Modern.az

Bu ölkədə çadraya qadağa qoyuldu

Bu ölkədə çadraya qadağa qoyuldu

18 Noyabr 2015, 15:27


Hicabın bütün bədəni örtən burka və yalnız gözləri açıq saxlayan niqab kimi müxtəlif formaları Avropada böyük mübahisələrə səbəb olur. Mübahisələr dini azadlıq, qadın bərabərliyi, dünyəvi ənənələr və hətta terrorizm qorxusu kontekstində aparılır.

Modern.az saytı xarici mətbuata istinadən xəbər verir ki, Qərbi Afrika ölkəsi olan Seneqal milli təhlükəsizliyə təhdid kimi görünən burkanı qadağan etdiyini bildirib.

Seneqal Daxili İşlər Nazirliyi əhalisinin çoxunu müsəlmanların təşkil etdiyi ölkədə burkanı qadağan edən qanunun İslam əleyhinə olmadığını, burkanın isə milli təhlükəsizlik məsələsi halına gəldiyini vurğulayıb.

Qadınların ictimai yerlərdə burka geyinməsini qadağan edən ilk ölkə Fransa olub. Fransa əhalisi, o cümlədən də müsəlmanların əksəriyyəti burkanın dəyərlərə uyğun olmadığı fikrindədirlər.

Orta Afrika ölkəsi Çad da radikalların ölkədə zorakılıq aktları törətməsi ilə əlaqədar burkanı qadağan edib.

Vüsalə Qəzənfərqızı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi