Modern.az

İstanbulda Almaniyaya getməyə çalışan 8 İŞİD şübhəlisi tutuldu

İstanbulda Almaniyaya getməyə çalışan 8 İŞİD şübhəlisi tutuldu

18 Noyabr 2015, 15:36


İstanbul təhlükəsizlik qüvvələrinin İraq-Şam İslam Dövlətinə (İŞİD) qarşı mübarizə məqsədi ilə yaradılan “inad timləri” mühacir kimi davranaraq Almaniyaya getməyə çalışan terror qruplaşmasının üzvü olmaqda şübhəli bilinən 8 nəfəri Atatürk hava limanında yaxalayıb. tutdu.

Modern.az Türkiyə mediasına istinadən bildirir ki, Mərakeşin Kasablanka şəhərindən gələn şübhəlilərdən birinin üzərindən İstanbuldan başlayıb İzmir, Yunanıstan, Serbiya və Macarıstan üzərindən Almaniyaya uzanan yolun xəritəsi çıxıb.

  Saxlanılanlar Y.Nasıl, H.Soufiane, M.Aissa, A.Salahaddin, S.Said, El Mouhssıne A, M.Mustafa M. və S. Ayoubdur. Almaniyaya getmək istədiklərindən barələrində çox istiqamətli istintaq başlayıb.  

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi