Modern.az

Maskalı adamın TƏHDİDİ: “Hər həftə bir müsəlman öldürəcəm” - VİDEO

Maskalı adamın TƏHDİDİ: “Hər həftə bir müsəlman öldürəcəm” - VİDEO

18 Noyabr 2015, 17:42


Parisdə 132  adamın öldüyü hücumların ardından Kanadanın Quebec əyalətində yaşayan adam Joker maskası taxaraq çəkdiyi videoda hər həftə bir müsəlman və ya ərəb öldürəcəyini söyləyib.

Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, YouTubeyə yüklənən videoda joker maskalı adam, hökumətin Quebecdəki müsəlman və ərəblərlə əlaqədar “heç bir şey etməməsi” vəziyyətində özünün hərəkətə keçəcəyini açıqlayıb.

Kameraya silahını göstərən adam daha sonra hər həftə bir müsəlman və ya ərəb öldürəcəyini söyləyir və buna önümüzdəki həftə başlayacağını vurğulayır.

Həmin şəxs “YouTube”dən yayılan videoda tək olmadığını və cinayətlərdə özünə kömək edəcək insanlar olduğunu iddia edir.

Video sosial şəbəkədə böyük əks-sədaya səbəb olub.

 



Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi