Modern.az

Ayaqyolunda unudulan 30 minlik üzük

 Ayaqyolunda unudulan 30 minlik üzük

18 Noyabr 2015, 20:12

 

Bakıda restoranda müştərilərdən biri üzüyünü itirib. Modern.az saytı lent.az-a istinadən xəbər verir ki, Yasamal rayon sakini Sürəyya Talıb qızı Talışinskaya polisə müraciət edərək “MariVanna” restoranının sanitar qovşağında ağ qızıldan hazırlanmış və brilyantla bəzədilmiş üzüyünü unutduğunu bildirib. O, 20 dəqiqə sonra qayıtsa da, üzüyünü qoyduğu yerdə tapa bilməyib.

Şikayətçi əlavə edib ki, üzüyün dəyəri təxminən 30 min dollardır.

Restorandan bildirilib ki, onlar itən əşyalara görə cavabdehlik daşımırlar.

Faktla bağlı araşdırma aparılır.

 

Modern.az

   
Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi